8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Tural Axundov: “Hər şey ola bilər”

Topaz Premyer Liqasında növbəti mövsüm sona yaxınlaşır. Futbolxeber.az-ın məlumatına görə, aprelin 29-da keçiriləcək oyunlarla cari çempionata yekun vurulacaq. 
 
“Kəpəz” Premyer Liqada son matçını Gəncədə “İnter”ə qarşı keçirəcək. Bu oyun öncəsi “sarı-göylər”in kapitanı Tural Axundov klub saytı vasitəsi ilə azarkeşlərə müraciət edib: “Bütün azarkeşləri bu mövsüm sonuncu dəfə “Kəpəz”ə dəstək olmağa səsləyirəm. Hər şey ola bilər, Avroliqaya vəsiqə də qazana bilərik. İndi komandanın dəstəyə daha çox ehtiyacı var. Əhval-ruhiyyəmiz yaxşıdır. Sonuncu oyunumuz evdə olduğu üçün sözsüz ki, həyacan olacaq. Çempionatı qələbə ilə başa vurmağı düşünürük. Bununla da fanatlara hədiyyə etmək istəyirik. Futbol olmayan vaxtlarda Gəncə azarkeşləri üçün çox darıxacağıq. Onlara çox öyrəşmişik. Həmişə arxamızda durublar, dəstək veriblər. Buna görə onlara minnətdarıq. Hamımız istəyərik ki, mövsüm bitməsin, azarkeşlərin önündə daha çox oynayaq. İnşallah, gələn mövsümdə komanda sayı çox olar və çempionat uzanar”.    
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30