29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Bursaspor”dan Prosineçki ilə bağlı bəyanat

Türkiyənin “Bursaspor” millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytında bəyanat yayılıb.
 
Mənbədə bildirilir ki, “Bursaspor” nəinki Prosineçki, ümumiyyətlə, heç bir məşqçi ilə danışıqlar aparmır: “Bu gün bəzi media orqanlarında klubumuzun bir neçə məşqçiylə danışıqlar aparması barədə xəbərlər yayılıb. Bu xəbərlər tamamilə əsassızdı və klubumuz nə birbaşa, nə də dolayı yolla heç bir məşqçiylə danışıqlar aparmayıb”.
 
Qeyd edək ki, millimizin futbolçusu Dəniz Yılmazın da formasını geyindiyi “Bursaspor” cari ilin əvvəlində xorvatiyalı mütəxəssisə təklif göndərmişdi. Lakin Prosineçkinin AFFA ilə müqaviləsi davam etdiyindən danışıqlar müsbət nəticələnməmişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31