8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Samir Abasov: “Hələ təcrübə yığırıq”

Bu gün Topaz Premyer Liqasında 27-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, çempionluğunu rəsmiləşdirən “Qarabağ” evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib. “Azərsun Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərh edib:
 
- 1 xal qazanmaq İstəyirdik. Qələbə şansımız yox idi. Təəssüflər olsun ki, bacarmadıq. “Qarabağ”ı çempionluq münasibətiylə təbrik edirəm. Layiq idilər. Təqvim elə gətirdi ki, son iki tura güclü rəqiblərlə düşdük. Bu baxımdan bəxtimiz gətirmədi. Amma builki nəticəmiz o qədər də pis olmadı. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Komanda gəncdir və hələ əcrübə qazanır. Belə oyunların bizə çox xeyri olacaq.
 
- Məhəmməd Qurbanovun əvəzlənməsinin səbəbi nə idi?
- Bu, sırf onun oyununa görə idi. Hücumda və müdafiədə səhvlər edirdi.
 
- Bu gün xal qazanacağınıza inanırdınız, yoxsa “Kəpəz”in xal itirəcəyinə?
- “Kəpəz” xal itirəcəyinə inanmırdım. Çətin oyunlar oynamışıq. Hələ təcrübə yığırıq. Rəqiblərin oyununyla da maraqlanırdıq. Xal götürəcəyimizə inanırdıq. 6-cı yeri qarantiləmişik. Çalışarıq ki, azarkeşlərimizi sevindirək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30