9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elxan Abdullayev: “Tərsinə oldu və limiti pozduq”

Bu gün Topaz Premyer Liqasında 27-ci tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi” səfərdə “Zirə” ilə 2:2 bərabərə qalıb. Zirə Olimpiya İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Elxan Abdullayev heç-heçəni belə şərh edib: 
 
- Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi.
 
- Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?
- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.
 
- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübaisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...
- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi. Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.
 
- Kuluarlarda belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...
- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.
 
- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?
- İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik,daa yaxşı olardı (Sport24.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30