29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ”dan ilk transfer

Ardıcıl dördüncü dəfə Azərbaycan çempionu adını qazanan “Qarabağ” vaxt itirmədən transfer çalışmalarına başlayıb. Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu artıq bir futbolçu ilə ilkin razılığa gəlib.
 
Söhbət “İnter”in müdafiəçisi Abbas Hüseynovdan gedir. İyunda 22 yaşını tamamlayacaq Hüseynov cari mövsüm bitəndən sonra “Qarabağ”a keçəcək. Tərəflər arasında minimum 2 illik müqavilənin imzalanmasına qərar verilib.
 
“Qəbələ”nin də maraq dairəsində olan, lakin “Qarabağ”ı seçən Abbasın transferi çempiona havayı başa gələcək. Çünki onun hazırkı komandası ilə sözləşməsinin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.
 
Qeyd edək ki, müdafiə ilə yanaşı, yarımmüdafiənin də cinahlarında oynamağı bacaran Abbas Hüseynov İslamiadada iştirak edəcək U-23 yığmamızın ilkin heyətinə dəvət alıb. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31