29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

23-cü çempion - “Turan Tovuz”

“Turan Tovuz” tarixində ilk dəfə titul qazanıb. Futbolxeber.az-ın məlumatına görə, 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib.
 
Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olub. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdür, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib.
 
İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.
 
 
mövsüm
 
Çempion
 
1992
 
Nicat (Maştağa)
 
1993
 
Xəzri (Buzovna)
 
1993/94
 
Zabrat (Bakı) və Azneftyağ (Bakı)
 
1994/95
 
Şəmkir
 
1995/96
 
Sumqayıt
 
1996/97
 
Çinar (Göyçay)
 
1999/2000
 
Şahdağ (Quba)
 
2000/01
 
OİK (Bakı)
 
2001/02
 
Lokomotiv (İmişli)
 
2003/04
 
Gənclərbirliyi (Sumqayit)
 
2004/05
 
AMMK (Bakı)
 
2005/06
 
Gilan (Xanlar)
 
2006/07
 
Masallı
 
2007/08
 
Bakılı
 
2008/09
 
ABN-Bərdə
 
2009/10
 
Gəncə
 
2010/11
 
Abşeron (Bakı)
 
2011/12
 
Qaradağ Lökbatan
 
2012/13
 
Ağsu
 
2013/14
 
Araz-Naxçıvan
 
2014/15
 
Neftçala
 
2015/16
 
Neftçala
 
2016/17
 
Turan Tovuz
 
Qeyd: Bəzi komandalar sonradan adını dəyişib. “Nicat” “Bakı fəhləsi”, “Sumqayıt” “Xəzər”, OİK MOİK, AMMK indiki AZAL, “Gilan” “Qəbələ”, NBC “Muğan”, “Gəncə” isə “Kəpəz”dir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31