9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şahin Diniyev: “Bu şəraitdə oynayan futbolçuları qəhrəman sayıram”

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlib. Gəncə şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Şahin Diniyev qələbəni belə şərhə edib:
 
- Zənnimcə, "Kəpəz" 2 ilin ən yaxşı oyununu sərgilədi. Komandamla fəxr edirəm. İlk hissədə də pressinq tətbiq etdik. Komandamız fərdi yox, kollektiv şəkildə əla oynadı. Rəqibə boş sahə vermədik. Bilirdik ki, fərdi qaydada bizi məyus etmək iqtidarındadırlar.
 
- Bu oyunda əvvəlkilərdə olmayan nə vardı ki?
- Üçüncü dövrəyə pis başladıq. Psixoloji sarsıntı keçirirdik. İndi isə səhvə yol verə bilmərik. Sanki minalanmış meydandayıq. Bütün oyunları belə keçirmək mümkün deyil. Bu şəraitdə oynayan futbolçuları qəhrəman sayıram.
 
- Nədər major notda danışsanız da, rəqibin iki zərbəsi dirək və tirdən döndü. Müdafiədən də razısınız?
- Müdafiə olunmaq tək müdafiəçilərin işi deyil. Ebah kömək edirdisə, Orxan, Dario ve Serjio bunu etmirdi. Ancaq biz qat-qat çox qol imkanı yaratdıq. Bu da həmin üçlüyün zəhmətidi (Sport24.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30