8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Samir Abasov: “Futbolçunu 2 rükət namaz qıldırıb…”

Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Sumqayıt” doğma meydanda “Zirə” ilə 1:1 bərabərə qalıb. “Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov heç-heçəni belə şərhə edib:
 
- Oyuna həyəcanlı və pis başladıq. Birinci hissədə toparlana bilmədik. Pisdən də pis oynamağımıza baxmayaraq, rəqibə qol epizodu vermədik. Fasilədən sonra yaxşı təsir bağışladıq, çox qaçdıq. Uşaqlarda özünəinam yarandı, qolumuzu vurduq. Düzgün oynayırdıq. Bir az çox top itirdik. Təəssüf ki, son anda qol buraxdıq. Heç kimin gözləmədiyi halda Avropa Liqasından danışırıq. Mövsüm başlayanda nədən danışırdıq, indi nədən danışırıq. Sonadək mübarizə aparacağıq. Şansımız var.
 
- Doğrudanmı "Sumqayıt" bu yarımmüdafiə xətti ilə Avropa Liqasına düşə bilər?
- Çox çətindi. Sumqayıtın adını Avropaya daşımaq üçün çalışırıq. Oraya çıxaq, bəlkə, ondan sonra düzələr.
 
- Sonradan meydana buraxdığınız Bəhlul Mustafazadə dinə inanmır. Bəlkə, Allah buna görə sizi cəzalandırdı?
- Hərənin öz əqidəsi var. Mən belə şeyə önəm vermirəm. Futbolçunu 2 rükət namaz qıldırıb meydana buraxmıram (Futbolinfo.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30