29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ”dən ardıcıl 3 qələbə

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup” turnirində növbəti mərhələlərin oyunları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, İzmirdəki yarışda mübarizə aparan “Qəbələ”nin U-12 komandası öncə 1-32-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayıb. 
 
E qrupunda çıxış edən Zaur Hacıyevin baş məşqçisi olduğu komanda “Altay”a (Türkiyə) 0:3, “Krasnodar”a (Rusiya) 0:1 hesabı ilə uduzub. Son turda “İnegölspor”la (Türkiyə) qarşılaşan “qırmızı-qaralar” Ömər Qurbanovun qolu ilə qalib gəlib – 1:0. Bu qələbə “Qəbələ”nin yüksək yerlər tutması üçün kifayət etməyib. Qrupda 4-cü olan təmsilçimiz növbəti mərhələdə 17-32-ci yerlər uğrunda mübarizə aparmalı olub. “Qəbələ” bu raundda C qrupundakı ilk rəqibi “Antalyaspor” (Türkiyə) üzərində 4:0 hesablı qələbə qazanıb. Eşqin Əhmədov və Okan Təhməzli hərəyə 2 dəfə fərqləniblər. Kosovonun “El Klassiko” klubunu 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar”  Murad Musayevin 2, Ömər Qurbanovun 1 qoluna sevinib. Qrupdakı son rəqib “Gümüşordu” (Türkiyə) olub. Elmir Hüseynli və Okan Təhməzlinin qolları Şimal təmsilçisinə 2:1 hesablı qələbə qazandırıb. Ardıcıl 3 qələbə qazanan “Qəbələ” bu qrupda 1-ci yeri tutub. 
 
Bu gün keçiriləcək final mərhələsində “Qəbələ” 17-24-cü yerlər uğrunda mübarizə aparacaq. Bu mərhələdə B qrupunda çıxış edəcək təmsilçimiz “Tuzlaspor”, “Hamborn” və “Şiltigeym” ilə qüvvəsini sınayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31