Ölkə futbolu
“Əvvəl futbol içimdəydi, indi mən futbolun içindəyəm”
“Qəbələ”nin Media və Marketinq Departamentinin rəhbəri, aprelin 13-də 42 yaşı tamam olan Səməd Nəsibov sport24.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Bu gün doğum gününüzdü. Bu günü necə qeyd edəcəksiniz? Yoxsa təqvimin bir günü kimi yanaşacaqsınız?
- 42 yaşım tamam olur. Heç vaxt bu günü qeyd etməmişəm. Doğrudu, bəzən dostlar hansısa şəkildə bunu təşkil ediblər. Amma özüm heç vaxt. Uşaqlıq illərimdə ad günləri qeyd olunmayıb, böyüyəndən sonra sonra bu xətt davam edib. Bu il də hansısa bir məclis qurmağı düşünmürəm.
- Ad gününüzə ən böyük arzun nədi?
- Növbəti ad günümədək peşman olacağım heç bir əməlim olmasın.
- Elə bir hədiyyə olubmu ki, bu günədək unutmamısınız?
- ATİB-də (Azərbaycan-Türkiyə İş adamları Birliyi) işlədiyim dövr idi. Ovaxtkı müdirəm Elmira xanım uşaqlıq şəkillərimi istəmişdi. Bu da ad günümdən xeyli əvvəl baş verdiyindən, 30 yaşım üçün tədarük gördüklərini ağlımdan belə keçirməzdim. Sən demə müxtəlif yaşlarımdakı şəkillərdən montaj düzəltmək üçün istəyiblər. Elə bir şəkil düzəltmişdilər ki, insanda müxtəlif yaşlı adamların birlikdə foto çəkdirdiyi təəssüratı yaranırdı. Ancaq yaxından baxdıqda, görürdün ki, eyni adamdı, amma müxtəlif yaşlarda. Bununla yanaşı, İtaliya “İnter”inin də formasını hədiyyə etmişdilər.
- İndi də keçək “Görünməyən qüvvə”yə. Rubrikamızın ilk qonağı oldunuz. Sizin üçün seçimimiz nə dərəcədə gözlənilməz oldu?
- Nə gizlədim, saytınız yeni olsa da, yaradıcı heyətin kimlərdən ibarət, sizlərin zəngin təcrübə sahibi olduğunuzu bildikdə, əmin idim ki, fərqli bir nəfəs gəlir. Rubrikanın məğzi həqiqətən maraqlıdı. Onu da etiraf edim ki, klubda “görünməyən qüvvə” kimi məni seçməyiniz olduqca qürurvericidi. Bunu doğum günümdə aldığım ən unudulmaz hədiyyələrdən biri kimi də dəyərləndirərdim.
- Sizcə, “Qəbələ” adına seçimimizdə yanılmamışıq?
- Bu suala mənim cavab verməyim düzgün olmaz. Ümumilikdə isə insan gördüyü işlər haqda danışıb, vaxt sərf etməkdənsə, görüləsi işlərin planlarını cızsa yaxşıdı.
- Səməd Nəsibov kimdi? Razılaşın ki, geniş auditoriya Sizi ancaq üzdən tanıyır.
- Uşaqlıq illərimi Ermənistanda yaşamışam. Sonra Mehdiabada köçdük və 10 yaşımda ikən anamı itirdim. Orta məktəbi bitirdikdən sonra Türkiyədə Qazi Universitetinə qəbul olundum. Bakalavr dərəcəsinə yiyələndim, sonra magistraturaya qəbul olundum. Doqquz illik Türkiyə həyatım 2001-ci ildə sona çatdı. Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə mütəxəssis idim. Sonra Azərbaycan Universitetində baş laborant kimi fəaliyyətə başladım. Altı aydan sonra Türkiyə səfirliyində mətbuat xidmətinin köməkçisi kimi fəaliyyət göstərdim. Bundan sonra ATİB-də, Diasporada çalışdım.
- “Qəbələ”yə gəlişiniz necə oldu? Axı, daha əvvəl bu sahəylə yolunuz kəsişməmişdi.
- Futbol daim ürəyimdə olub. Yad sahəyə gəlmədim. Komandaya ingilis icraçı direktor gəlmişdi - Alastair Saverimutto. Xəbər eşitdim ki, marketinq sahəsinə əməkdaş axtarırlar. Onunla görüşdüm və dedi ki, klubun marketinq strategiyasını hazırla. Bundan sonra daha 2 görüşümüz oldu və bildirdi ki, işə qəbul olunursan. Ardından Fariz müəllimlə (F.Nəcəfov - klubun vitse-prezidenti - red.) tanış elədilər.
- İlk vaxtları necə xatırlayırsınız?
- Yeni sahə olduğundan, bir qədər çətin idi. Mühit, spesifika fərqli idi. Ancaq çətinlikləri həmişə sevmişəm. Üstəlik, daha bir motivasiyam var idi: futbola dəlicəsinə bağlılığım. Nə gizlədim, maddi cəhətdən daha cəlbedici təkliflər almışam. Amma getməyi ağlımdan da keçirməmişəm.
- Cəmi 12 yaşı olan klubda 8 ildi çalışırsınız. Bezməmisiniz?
- Futbol mənim içimdə idi. İndi isə mən də onun içindəyəm. Klubdakı ab-havanı bu cür qələmə verərdim: ciddiyyət, rəsmiyyət və səmiyyət elə gözəl ayarlanıb ki, sanki laboratoriya şəraitində qurulub. İş, dostluq mühiti, rəhbərliyin mübasibəti - bütün bunlar insana bu məkanı sevdirir.
- Qaraqabaq, qapalı insan kimi görünürsünüz...
- Xarakterimdə qapalılıq var. Ancaq müəyyən mənada təzadlı səslənsə də, bir o qədər də səmimiyəm. Kimsə məni qaraqabaq görürsə, deməli, səmimiyyət görməmişəm və özümə qapanmışam.
- Səməd Nəsibovun “Qəbələ”də gördüyü “qara iş” nədən ibarətdi?
- Bütün işlərdən danışası olsam, səhərə qədər burda oturmalı olacağıq. O üzdən də daha ağırçəkililərdən danışım. Söhbət sponsorların cəlb edilməsi və azarkeş sayının artırılması sahələrindən gedir. Bu işlər xeyli əmək tələb edir. Diqqətimizi gələcəyə yönəltmişik. Məktəblilər arasında təbliğat işləri aparırıq ki, onlar futbola bağlansınlar. Amma bütün bunlar məktəblilərin dərslərinə mane olmamaq şərti ilə həyata keçirilir. Akademiyamızın direktor müavini Nail Kərimovla bu sahədə demək olar hər gün birgə iş görürük.
- Azərbaycanlı azarkeşləri necə qələmə verə bilərsiniz?
- Azərbaycanlı azarkeş çox fərqlidi. Dünən “Bavariya” kimi nəhəng məğlub oldu. Amma fanatlar 90 dəqiqə sevimlilərini dəstəklədilər. Bizdə fərqli durumdu. Heç kim səbr etmək, uğurun bir günə gəlmədiyini qəbul etmir. Bir şüarları var: “Bu gün və indi”. Ancaq istənilən iş zaman tələb edir. Bu baxımdan nəticə vermək olduqca vacibdi. Ancaq bir məqam da var ki, azarkeş yenə də stadionlara gəlmir. Belədə, onlardan inciməməlisən, əksinə, azarkeş sənin yanına gəlmirsə, sən ona doğru addımlamalısan ki, yaşaya biləsən.
- Necə düşünürsünüz, azarkeşlərin onlar üçün görülən işlərdən xəbərdar olması vacibdirmi?
- Onlarla iş qurduqda, ön planda olmalısan. Çünki sən klubun bir parçasısan və onlar görülən işləri görməlidi.
- Müəyyən müddətdi ki, Türiyədən dəvət olunan kommersiya direktoru Mustafa Aztopalla çalışırsınız. Onunla işbirliyi hansı faydaları verib?
- Mustafa bəydən öyrənəsi çox şeylər var. “Kasımpaşa” kimi klubun baş meneceri olub, Liverpul Universitetində təhsil alıb. Əsasən sponsorların cəlb edilməsi baxımından ondan çox şeyləri öyrənmişəm. Doğrudu, praktikada bunu həyata keçirə bilməmişik. Ancaq bunun obyektiv səbəbləri var. Dünyada davam edən iqtisadi böhran bu mövzuda da öz əksini tapıb. Eyni zamanda azarkeşlərlə bağlı bir sıra gözəl addımları ondan öyrənmişəm. Düzdü, bu iş üçün kifayət qədər yatırıma ehtiyac duyulduğu üçün hələlik həyata keçirə bilməmişik. Lakin onun bu sahədə də böyük faydası dəyib. Ümumilikdə isə Mustafa bəylə aramızda dostluq münasibəti yaranıb. Özünü çəkmir, əksinə vahid ailə üzvü kimi davranır.
- Sonda “Sizin üçün “Qəbələ”nin ən unudulmaz oyunu hansıdı” sualıyla müraciət etmək istəyərdim...
- İki belə matç olub. İki il öncə “Panatinaikos”la pley-offun cavab görüşü. Matçın hakim-inspektoru Çempionlar Liqası tarixinin ən dramatik finallarından biri olmuş 2005-ci ildə “Liverpul” - “Milan” görüşünü idarə edən ispaniyalı Manuel Mexito Qonsales ilə yanaşı oturmuşduq. Həyəcanım elə bir həddə çatmışdı ki, ispaniyalı məni sakitləşdirməyə başladı. Amma həmin anda elə bir vəziyyətdə idim ki, bunu etmək mümkünsüz idi. Təsəvvür edin, hesab 2:2 idi və referi əsas vaxta 4 dəqiqə əlavə etmişdi. Telefonumda saniyəölçəni qoşmuşdum və bir gözüm telefonda, digəri isə meydanda idi. Bax, o zaman kəsiyini “Qəbələ” üçün tarixinin ən önəmli 4 dəqiqəsi hesab edirəm.
- Bəs, digər matç?
- İkinci dəfə də bu mövsüm “Maribor”la cavab qarşılaşmasında o dünyanı görüb qayıtdım. Hər şey istədiyimiz məcrada davam etdiyi bir vaxtda rəqib qol vurur və ardınca azlıqda qalırıq. Onda da saniyəölçəni qoşdum. Yanımda oturan “Maribor” rəsmisi mənə müraciət edərək, sona nə qədər qaldığını soruşdu. Əlavə edilmiş vaxtdan dəqiqəyarım qalmışdı. Qəribə mənzərə idi: bir tərəfdə mən - bu zamanın niyə olduqca yavaş getməsindən narahat azərbaycanlı, digər yanda isə o – zamanın niyə belə tez uçduğuna təəssüflənən sloveniyalı. Bax, bu iki qarşılaşma əbədi olaraq, yaddaşımdan silinməyəcək.
- Bəs Tiflis “Dinamo”su ilə Qəbələdə baş tutan cavab matçı?
- Sözsüz ki, bu oyunun xüsusi yeri var. Axı, məhz həmin görüşlə “Qəbələ” Avropada adından söz etdirməyə başladı. Həmin oyunun təkrarına neçə dəfə baxdığımın sayını itirmişəm. Doğma publika, doğma şəhər, möhtəşəm atnosfer, unudulmaz anlar. Komanda qələbəni dişiylə-dırnağıyla əldə etdi və zəfər yolumuz da məhz gürcülərə son dəqiqələrdə vurduğumuz qollarla başladı. Yaxşı yadımdadı, 85-ci dəqiqədə vurduğumuz ilk qol. Azarkeşlərimiz elə bir atmosfer yaratmışdılar ki, hesab açıldıqdan sonra “Dinamo”nun heç bir şansı qalmadı. O “cəhənnəm”də gürücülər fərqlənə bilməzdi!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi