8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

UEFA-nın klub reytinqi açıqlandı: "Qarabağ" və "Qəbələ"...

UEFA-nın klub reytinqi açıqlanıb. Futbolxeber.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəzi komandaların xal hesabında dəyişikliklər olub.
 
Baş tutan qarşılaşmalar İspaniya, Fransa və İtaliya klublarının aktivini artırması ilə nəticələnib. Amma bunlar ciddi yerdəyişməyə səbəb olmayıb.
 
453 klubun yer aldığı cədvələ İspaniya “Real”ı başçılıq edir. Dünən madridlilərə 1:2 hesabı ilə uduzan “Bavariya” ikincidi. İspaniyanın digər iki təmsilçisi “Barselona” və “Atletiko” ilk “dördlük”də qərarlaşıb.
 
İlk “onluq”da 6 ölkə təmsil olunub. Burada İspaniyanın 4, Almaniyanın 2, İtaliya, İngiltərə, Fransa və Portuqaliyanın hərəsinin 1 klubu yer alıb.
 
Azərbaycan cədvəldə 7 komanda ilə təmsil edilib. Ən yaxşı klubumuz “Qarabağ” 106-cı yerdədi. “Neftçi” və “Qəbələ” də ikinci “yüzlük”dədi. Sonuncular 185-ci, bakılılar 162-cidi. Digər 4 klubumuz isə siyahının ikinci yarısındadı.
 
İlk “onluq”
1. “Real” (İspaniya) – 168,485
2. “Bavariya” (Almaniya) – 154,842
3. “Barselona” (İspaniya) – 150,485
4. “Atletiko” (İspaniya) – 138,485
5. “Yuventus” (İtaliya) – 133,433
6.  PSJ (Fransa) – 126,066
7. “Borussiya” (D, Almaniya) – 124,842
8. “Sevilya” (İspaniya) – 112,485
9. “Benfika” (Portuqaliya) – 111,866
10. “Çelsi” (İngiltərə) – 105,878
 
Azərbaycan klubları
106. “Qarabağ” – 18,050
162. “Neftçi” – 9,800
185. “Qəbələ” – 7,800
229. “İnter” – 6,050
277. “Xəzər Lənkəran” – 4,550
299. “Kəpəz” – 4,050
307. “Bakı” – 3,800
 
(Apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30