29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Gəncədə 4-cü, 2017-ci ildə ilk dəfə

Topaz Premyer Liqasının XXV turunun “Kəpəz” – “Neftçi” qarşılaşması yeni rekordla əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanı 10000 tamaşaçı izləyib. 
 
Bu da mövsümün 2017-ci ilə aid hissəsi üçün rekord göstəricidir.  Ümumilikdə isə mövsümdə 4-cü dəfə bir qarşılaşmaya 10000 və ya daha çox tamaşaçı toplaşıb. İlk üç oyun da Gəncə stadionunda baş tutub. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib. “Kəpəz”in evdə “Qarabağ”la oyununu 14238, “İnter”lə matçını 10650, “Zirə” ilə görüşünü 10000 seyrçi izləyib. Mövsümün 3-cü göstəricisinin təkrarı olan “Kəpəz” – “Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur.
 
Xatırladaq ki, “Kəpəz” “Neftçi” ilə ev oyununda 2:0 hesabı ilə qalib gəlib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31