8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Zabit Səmədov mərkəzi oyunda: “Qarabağ”a azarkeşlik edirdim”

“Azərbaycanda ilk dəfə idi ki, azarkeş kimi oyunu stadiondan izləyirdim. Qarşılaşmaya “Qarabağ” rəhbərliyinin dəvəti ilə gəlmişdim. Bu komandaya azarkeşlik edirdim”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri tanınmış idmançı, K-1 döyüşçüsü Zabit Səmədov deyib.

“Mauqli” ləqəbli idmançı Topaz Premyer Liqasının 27-ci turunun mərkəzi oyununu - “Qarabağ” - “Qəbələ” görüşünü stadiondan canlı izləyib.

Səmədov “Qarabağ”ın çıxışını yaxından izlədiyini bildirib: “Son illər “Qarabağ” çıxışı ilə Avropada səs salar. İnanıram ki, bu uğurun davamı gələcək. Ağdam klubunun çıxışından qürur duyuruq”.

“Qarabağ” və “Qəbələ” arasında növbəti görüş mayın 5-də, ölkə kubokunun finalı çərçivəsində baş tutacaq. Maraqlıdır, tanınmış idmançı həmin görüşü də stadiondan izləyəcək?

“Təəssüf ki, vətəndə o qədər qalmayacağam. Amma Avropa oyunlarında gələrəm. Ümumiyyətlə, beynəlxalq arenada hər bir klubumuzu dəstəkləyirəm, fərqi yoxdu “Qarabağ”, “Qəbələ”, ya bir başqası. Milli komandamızın çıxışını da izləyirəm. Azərbaycanın bayrağı olan yerdə hər zaman qürur duyuruq”.

Səmədov Çempionlar Liqasının son finalına canlı baxdığını da sözlərinə əlavə edib: “Avropada hansısa kluba azarkeşlik etmirəm. Amma bəzi görüşləri stadiondan izləyirəm. “Atletiko” və “Real” arasında keçirilən Çempionlar Liqasının son finalını izləmişdim. Həmin görüşdə “Atletiko”nun qələbə qazanmasını istəyirdim. Amma yekunda “Real” qalib gəldi”.

Söhbətləşdi: FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30