8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rahid Əmirquliyev: “Qəbələ” ilə oyunda məqsədimiz xal fərqini artırmaqdır”

“Bilirdik ki, oyun bizim üçün çətin olacaq. Ona görə də “Neftçi” ilə görüşə ciddi hazırlaşmışdıq. Cavab matçında da qələbə qazanmaq istəyirdik. Təəssüf ki, istəyimiz alınmadı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Neftçi” ilə qolsuz heç-heçəni şərh edən təcrübəli futbolçu 90 dəqiqə ərzində hər iki komandanın qol vurmaq üçün şansının olduğunu bildirib:

“Neftçi” ilk oyundakı məğlubiyyətlə barışmamışdı. Ona görə də səfərdə sərfəli nəticə qazanmaq istəyirdilər. Lakin rəqibin sevinməsinə imkan vermədik. 90 dəqiqə ərzində hər iki komandanın fərqlənmək üçün şansları oldu. İlk oyundakı qələbə bizi bir qədər rahatlaşdırmışdı”.

Əmirquliyev Premyer Liqanın növbəti turunda “Qəbələ”yə qarşı keçirəcəkləri matçdan da söz açıb:

“Bundan sonra hər oyun finaldı. Çempionatın sonuna az qalıb, xal itirməməliyik. “Qəbələ” ilə oyunda qələbə qazanmaq istəyirik. Bunu bacarsaq, son görüşlərə nisbətən rahat çıxacağıq. “Qəbələ” də qalib gəlmək, bizimlə xal fərqini azaltmaq istəyir. Biz isə evdə çıxış edirik, məqsədimiz xal fərqini daha da artırmaqdır”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30