8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Sumqayıt”dan yeni layihə

"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İB-nin dəstəyi, "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə şəhərin bütün orta təhsil ocaqlarında növbəti dəfə "Futbol və Sağlam Həyat" layihəsi start götürəcək.
 
Futbolxeber.az-ın məlumatına görə, layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.
 
"Futbol və Sağlam Həyat" adı altındakı layihənin Sumqayıt şəhərində və onun ətraflarında yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan şagirdlər arasında keçiriməsi nəzərdə tutulub. Seminar tipli layihədə hər təhsil ocağından 10-12 yaş arası əlaçı şagird iştirak edəcək. 
 
Ümumilikdə, 48 məktəbdən 500-dən artıq məktəblinin qatılacağı layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 2000-dən çox məktəbli həmin seminarın iştirakçısı olub.
 
Aprelin 5-də "Futbol və Sağlam Həyat" adlı layihənin açılış mərasimi baş tutacaq. Tədbir Sumqayıtda 18 saylı orta məktəbdə keçiriləcək. Saat 12:30-da başlanacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir. Tədbirə gəlmək istəyən media nümayəndələri klubun mətbuat xidməti ilə əlaqə saxlaya bilər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30