8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Berti Foqts: “Azərbaycanlı olsaydım …”

Bakıda səfərdə olan Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts "Bild" nəşrinin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, 71 yaşlı mütəxəssis Almaniya yığması ilə oyun barədə danışıb...
 
- Azərbaycan yığması dünya çempionlarına ciddi təhlükə yarada bilərmi?
- Bu, çempionat matçına oxşayır. Hər bir komanda belə təəssürat oyada bilər. Almaniya millisi qalib gəlmək istəyirsə, azərbaycanlı futbolçuları səhvlər buraxmağa məcbur etməlidir.
 
- Azərbaycan millisi niyə belə təhlükəlidir?
- Heç-heçənin davam etdiyi müddətdə azərbaycanlı futbolçular inanılmaz dərəcədə özlərinə əmin olurlar. Bunu təsəvvür etmək belə çətindir. Mən təqribi müqayisə də apara bilərəm.
 
- Buyurun...
- Azərbaycanlı olsaydım, deyərdim ki, bu gün də Bundesliqada oynaya bilərəm.
 
- Bu inam hardandır?
- Ölkənin mentaliteti belədir! Amma elə ki, qol buraxırlar, oyunçular özlərindən şübhələnməyə başlayır, səhvlər buraxırlar.
 
- Beynəlxalq səviyyədə neçə azərbaycanlı oyunçu var?
- 5-6 futbolçu Bundesliqa və ya İngiltərə Premyer Liqasında oynaya bilər.
 
- Bəs niyə belə klublara keçmirlər?
- Şəraitlərinin həddən artıq yüksək olması böyük problemdir. Onlar çoxlu pul qazanırlar. Yaxud ola bilsin, "Xaricə getməlisiniz" sözlərimi tərcüməçilər oyunçulara düzgün çatdırmırlar (gülür - red.)
 
- Nəyə görə Azərbaycan yığmasındakı fəaliyyətinizi dayandırdınız?
- Elə bu cür məsələlər üzündən. İtaliyaya qarşı əla oyun sərgilədik. Həmin vaxt AFFA rəhbərliyi oyunçulara böyük məbləğdə mükafat ödəmək istəyirdi. Məğlubiyyətə görə! Mən isə onlara "Belə şey etməyin. Mükafatı dayandırın" dedim. Əsəbiləşmişdim.
 
- Siz Azərbaycanda çox şey qurmusunuz...
- Doğrudur. Amma bu, mənim işim idi. Əmin oldum ki, Azərbaycan çempionatında hər bir klubun start heyətində ən azı 4 yerli oyunçu, o cümlədən, 21 yaşadək futbolçu yer almalıdır. Buna görə klubların baş məşqçiləri ilə böyük problemlər yaşadıq. (“Report”)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30