10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

Cavid Hüseynov: “Nəyə qadir olduqlarını bilirdik”

Ötən gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində səfərdə Qətəri 2:1 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Cavid Hüseynov oyunla bağlı AFFA-nın rəsmi saytına açıqlama verib:
 
“Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi. Səfərdəki qarşılaşmanın çətin keçəcəyini bilirdik. Elə də oldu. Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar”. 
 
Təcrübəli futbolçu qarşıdakı Almaniya matçı ilə bağlı da danışıb: “İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30