10 Iyun 2024, Bazar ertəsi
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də

Ölkə futbolu

UEFA-dan referimizlə bağlı arzuolunmaz məktub

Məlum olduğu kimi, yanvarın sonu, fevralın əvvəlində İspaniyanın Malaqa şəhərində UEFA-nın hakimlər üçün təşkil etdiyi toplanış baş tutmuşdu.
 
Futbolxeber.az-ın “Futbol+”a istinadən məlumatına görə, bu seminarda Azərbaycanı iki hakim təmsil edirdi. Əliyar Ağayev, top referilərlə bir düşərgədə yer almışdısa, bu yaxınlarda FİFA referisi adını qazanmış Ömər Paşayev nisbətən təcrübəsizlərin qrupunda idi.
 
Həmin kurslar zamanı Əliyar fərqlənməyi bacarıb. Belə ki, top-referilər arasında keçirilən fiziki testlər zamanı onun nəticəsi ən yüsək olub və azərbaycanlı hakim hamını qabaqlayıb. Ağayevin yazda mötəbər oyunlara təyinat alacağı şübhəsizdi.
 
Ömər Paşayevə gəlincə, onun həm ingilis dilindən yazılı sınaqdan, həm də fiziki testlərdən zəif nəticə göstərdiyi bildirilir. Etibarlı mənbədən əldə olunan bilgiyə görə, normativ üçün 18,2 saniyə keçid sayılsa da, gənc referinin göstəricisi 17,6 olub.
 
Bir neçə gün öncə Ömərin nəticəsinin qənaətbəxş olmadığına dair AFFA-ya məktub da daxil olub. Hətta buna görə assosiasiyanın baş katibi Elxan Məmmədovun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun da iştirakı ilə iclas keçirdiyi bildirilir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30