29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

AFFA-dan yeni turnir

AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatı keçiriləcək. 
 
Futbolxeber.az-ın məlumatına görə, yarışda 29 komanda mübarizə aparacaq. Qərb regionunun oyunları Gəncədə, Cənub zonasının oyunları isə Şirvan şəhərində təşkil olunacaq. Regionlarda qalib olan komandalar Bakıda təşkil olunacaq yarışa vəsiqə qazanacaqlar. 
 
Hər birində 5 komandanın mübarizə aparacağı qrupda ilk 3 yeri tutan kollektivlər yarışın “pley-of” mərhələsinə vəsiqə əldə edəcəklər. Açılış mərasimi fevralın 17-də, saat 15:00-da  “Bayıl Arena”da olacaq. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşacaq. 
 
Turnirin oyunları Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının, Milli Aviasiya Akademiyasının, Olimpiya İdman Növləri üzrə Milli Yığma Komandaların Təlim-Məşq Mərkəzinin meydançasında və Binə stadionunda keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31