29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Sumqayıt"dan mövsümün rekordu

"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün yeni rekorda imza atıb!

Futbolxeber.az saytının məlumatına görə, məğlubiyyətsizlik oyunlar seriyasını 7-ə çatdıran “Sumqayıt” son turda "Kəpəz" üzərində qələbə qazanaraq (3:1) turnir cədvəlində yenidən 4-cü pilləsinə yüksəlib.

Bu qarşılaşmada diqqət çəkən ən başlıca məqam komandanın heyətində yer alan futbolçuların yaş həddidir. Belə ki, ilk onbirlikdə yer alan 5 futbolçu 21 yaşadək futbolçular üçün nəzərdə tutulan yaş limitində olub. Oyunun gedişində sonradan meydana daxil olan daha 3 futbolçu - Xəyal Nəcəfov - 19 yaş, Mirabdulla Abbasov - 21 yaş və Seymur Əsədov da limitə düşəcək yaş həddində olub.

Ən maraqlı məqam isə “Sumqayıt”ın müdafiə xətti ilə bağlıdır. Belə ki, arxa xətt oyunçuları Yusif Nəbiyev - (19), Bəhlul Mustafazadə - (19), Kamran Abdullazadə - (21), və Azər Salahlı - (22) da futbolçular üçün nəzərdə tutulan limitini keçməyib. Müdafiə xəttinin ən yaşlı futbolçusu isə Bəxtiyar Həzanalızadə olub (24 yaş). "Kəpəz"lə qarşılaşmada komandanın ortalama yaş həddi isə ümumilikdə 22,8 olub. Bu da Premyer Liqanın 2016/2017 mövsümü üçün bütün klubların iştirakı ilə baş tutmuş oyunlarda qeydə alınmış rekord göstəricidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31