9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Skarlatake: “Qapımızda erkən qollar görməsəydik...”

Bu gün Topaz Premyer Liqasında XVII turu çərçivəsində “İnter” doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub. Matçdan sonra ev sahibi komandanın rumıniyalı müdafiəçisi Adrian Skarlatake Futbolxeber.az-ın suallarını cavablandırıb:
 
- Oyuna çox pis başladıq, qapımızda erkən qollar gördük. Ona görə də oyunumuz belə alındı. Qapımızda erkən qollar görməsəydik, yəqin ki, uduzmazdıq. Sonradan fərqi azaltdıq. Çalışırdıq ki, ən azından 1 xal qazanaq, amma alınmadı. 
 
- “Neftçi”dən belə başlanığıc gözləmirdiniz?
- Bəli, “Neftçi” yaxşı oynadı. Biz bu gün zəif çıxış göstərdik. Oyuna istədiyimiz kimi başlasaydıq, nəticə də fərqli olardı. 
 
- Son iki oyunda “İnter” cəmi 1 xal qazanıb. Avroliqaya vəsiqə qazanmaq şansınızı çətinə salmısız. Hazırkı durum sizi narahat edir?
- Avroliqa uğrunda mübarizə aparırıq və bunun üçün yaxşı şansımız var. İnanıram ki, sona qədər yaxşı mübarizə aparıb. Avroliqaya vəsiqə qazanacağıq.
 
- “İnter”in müdafiə xəttində problemlər var idi. Bunu nə ilə əlaqəlandirmək olar?
- Bəli, bu gün müdafiə xəttimiz zəif təsir bağışladı. Amma, bu, futboldur və belə hallar olur. Əvvəlki oyunlarda daha yaxşı oynamışdıq, müdafiə xəttimiz də daha yaxşı təsir bağışlayırdı.
 
- Komandanın zəif durumunu hazırkı sponsor problemi ilə əlaqələndirmək olar?
- Xeyr, bu, problem ola bilməz. Çünki əvvəlki oyunlarda da durumu bilirdik. Lakin öz oyunumuzu göstərdik. Meydanda layiqli mübarizə aparmışdıq. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30