29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Sumqayıt”ın üçüncüsü oldu

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov komandasının heyətində 100-cü çempionat matçını keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, müdafiəçinin yubileyi Topaz Premyer Liqasının XVI turunun “İnter”lə qarşılaşmasına təsadüf edib. 2:2 hesabı ilə nəticələnən görüş “3 nömrə”nin klubunda 100-cü matçı olub. Müdafiəçi bu 100 qarşılaşmada qol hesabını aça bilməyib.
 
2013/14 mövsümündən “Sumqayıt”da çıxış edən Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/16 mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.
 
Xatırladaq ki, Vurğunun Sumqayıtın eyniadlı klubunda debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31