Ölkə futbolu
Elvin Məmmədov: “Allaha and olsun ki…”
Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ilk matçında “Zirə” evdə “Kəpəz”ı 1:0 heabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın kapitanı Elvin Məmmədov qələbəni belə şərh edib:
- Qalib gəldiniz və hardasa 60 dəqiqə 10 nəfərlə oynadınız...
- Çətin oyun keçdi. Bunu sizdə gördünüz. Əzmkar mübarizə apardıq. Bu gün futbol bəxti biz tərəfdən idi. Qələbə qazandıq. İnşalah, davamı gəlsin.
- Bəxt siz tərəfdə idi, yoxsa layiqli oynayaraq qalib gəldiniz?
- Düzdür, mübarizə apardıq. Ancaq baxırsan ki, ikinci hissədə rəqibin qol epizodları daha çox idi. Qapıçımız Anar Nəzirov çox yaxşı oynadı. Özünü lider, komandanı kapitanı kimi göstərdi.
- Bu gün iki qırmızı, çoxsaylı sarı vərəqələr, cərimə zərbələri oldu. Bu cür hakimlik sizi bezdirdimi?
- Düzdür, belə şeylər oyuna təsir edir, amma biz bunlara fikir vermirik. Bizim işimiz qaçmaq, onunku isə fit çalmaqdır. Hakimliklərin işinə təmsil etdiyi qurum qiymət verəcək. Ən əsası odur ki, komandamız qələbə qazandı və seriyanı davam etdirdik. Gəncə klubuna uğurlar.
- Son dəqiqələrdə komanda yoldaşlarnı topu hara gəldi vururdular. Ancaq top səndə olanda, ötürmə ilə çıxmağa çalışırdın...
- Bu, futbolçunun təcrübəsindən asılıdır. Bir də ki komanda yorulur. "Kəpəz" ikinci hissədə bizi daha çox sıxdı. Topsuz qalanda mübarizə aparmaq çətindir. Bu zaman fikirləşə bilmirsən.Əsas odurki 3 xalı götürdük.
- Digər futbolçulardan fərqli olaraq, səni nə qədər vursalar da reaksiya vermirdin. Bu, çox səbirli olmağından irəli gəlir?
- Ümumiyyətlə, məndə belə şey yoxdur k, hakimin üzərinə cumum və sair.
- Bunu sənin üçün üstünlük saymaq olar?
- Bilmirəm, bu, üstünlükdü, ya deyil. Hakim qərarını verdisə, onu dəyişəsi deyilsən. Bundan əlavə, futbol mübarizədir. Mən onu vururam, o da məni. Bunlar normal şeylərdir.
- Gələn tur "Qarabağ"la üzləşəcəksiniz. Bu komandaya heç vaxt qalib gəlməmisiniz. Seriya qırıla bilərmi?
- Futbolda hər şey mümkündür. Komandamız fasilədən sonra iki oyunda qalib gəlməklə yaxşı start götürüb. Niyə də olmasın? Biz "Qarabağ"la səfər oyununa xal almaq üçün gedəcəyik. Əsas odur ki, yaxşı nəticə göstərək.
- Riçard Almeyda cəza, Dani Kintana isə zədə səbəbindən "Zirə"yə qarşı oynaya bilməyəcək. Bunu yəqin ki, özünüz üçün böyük üstünlük sayırsınız...
- Əslində, indi elə görsənir. Ancaq "Qarabağ" yaxşı, köklü, Azərbaycanda sözünü deyən komandadır. Çempionlar Liqasında dəfələrlə oynayıb. Buna görə də məncə, bizim üçün daha çətin olacaq. Çünki həmin futbolçuların əvəzinə oynayanlar zəif olmadıqlarını göstərəcəklər. Biz meydana maksimum nəticə üçün çıxacağıq.
- Son turlarda hakimlər səhvlər edirlər. Bu, bütün komandalarda təzyiq yaradır ki, istənilən halda xalımız əlimizdən alına bilər. Bu təzyiq sizdə varmı?
- Oyunları da biz izləyirik. Həqiqətən hakimliklə bağlı dəhşətli, gözə girəcək səhvlər var.
- Səncə, bu, səhvdir, yoxsa qərəz?
- Hakim də insandır, səhv edə bilər. Bu, normal şeydir. Qərəzli olduğunu bilmirəm. Azərbaycan futbolu ildən-ilə yüksəlməyə başlayır, elə deyil. Çünki komandaların sayı ildən-ilə azalır. Hakimlər aşağı səviyədə idarəçilik edəndə, üzərlərindəki məsuliyyət daha da artır. Ancaq qərəzli olduqlarına inanmıram. Niyə "Qarabağ"a, "Qəbələ"yə qarşı belə münasibət göstərsinlər? Onsuz da bu klublar güclüdür.
- "Qarabağ"la növbəti oyunda da xal qazana bilməsəniz, gəzən söz-söhbətə nə dərəcədə inam artacaq?
- Bu fikirlər insanların ağlına hardan gəlir bilmirəm. Tam səmimi deyirəm. Allaha and olsun ki, bunlar boş şeylərdir. "Qarabağ" həqiqətən bizdən güclüdür, liderdir. Bunu məndən daha yaxşı bilərsiniz. Bizim işimiz müdafiədə oturmaqdır. Keçən mövsüm "Qarabağ"la oyunda hesab açılmamışdı, ancaq Dani Kintana meydana çıxanda sonra oyun dəyişdi və qalib gəldilər. Bu söhbətlərin hardan çıxdığını həqiqətən bilmirəm. Nə "Qarabağ"da, nə də "Zirə"də elə bir şey var ki, oyun alınsın. Hansı oyunu "Qarabağ" aşkar alıb? Mən orda da oynamışam, bu, heç vaxt olmayıb. Əgər olsaydı, deyərdim ki nəsə var. Necə ki vaxtilə "İnter" - "Simurq" söhbətləri vardı. Qardaş, "Qarabağ" bizdən güclüdür də. Bizim işimiz isə müdafiə oturharaq xal qazanmağa çalışmaqdır. Bunun necə alıcanağını zaman göstərəcək.
- "Zirə"də yeni baş məşqçinin gəlişi ilə hansı planda dəyişiklik oldu?
- Komandaya yeni rəhbər, yeni sima gələndə, istər-istəməz yeni nəfəs gəlir. Futbolçular məsuliyyəti daha yaxşı dərk etməyə başlayırlar. Çünki artıq daha güclü rəqabət var. Komandada hər mövqedə iki futbolçu var. Yeni nəfəs laızm idi ki, rəhbərlik bu addımı atdı. Onun bəhrəsini görürlər. Hər kəsə uğurlar arzu edirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi