29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Heç-heçəyə görə sevinmirəm”

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub.
 
Futbolxeber.az-ın məlumatına görə, günün ikinci və son matçında “Sumqayıt” evdə “İnter”lə 2:2 bərabərə qalıb. “Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov q heç-heçəni belə şərh edib: 
 
- Maraqlı oyun izlədik. "İnter"lə oynamaq bizə həmişə çətin olur. Etiraf edim ki, heç-heçəyə görə sevinmirəm. Bərabərliklərlə uzağa getmək olmaz.
 
- Nəticəni məntiqli sayırsız?
- Nəticə ədalətlidi. Sadəcə, evdə oynadığımızdan qalib gəlmək istəyirdik.
 
- Səmimi deyin, 1:2-dən sonra oyunun getdiyini düşündünüz?
- Etiraf edim ki, əlimi oyundan üzmüşdüm.
 
- Deyirsiz maraqlı oyun oldu. Ancaq oyunda sürət yox idi axı. Siz tapşırmışdız oyunu qurutsunlar, yoxsa futbolçularınız rəqibin ad-sanından çəkindi?
- Razılaşıram. Futbolçulara tempi aşağı salmaq tapşırığı verməmişdim. Çernışovun sürətinə güvənirdim. O da məşqdəki futbolu ortaya qoymadı. Əvəzetmədən oyuna daxil olanlar isə bəlkə də rəqibin adından çəkindi.
 
- Fərhad Vəliyevin oyununu şərh edərdiniz...
- Fərhadda yerdən-göyə qədər razıyam. Oyunda da, paltardəyişmə otağında da, o, komandanın lideridi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31