9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Sumqayıt”dan iki transfer

Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" heyətini iki yeni futbolçu ilə gücləndirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytından informasiya yayılıb. Mənbədə bildirilir ki, “kimyaçılar” əvvəlcə U-21 millimizin heyətində çıxış etmiş cinah yarımmüdafiəçisi Sergey Çernışevi transfer edib. 27 yaşlı futbolçu 1,5 illik müqavilə imzalayıb. O, komandada 7 nömrəli formanı geyinəcək.
 
"Sumqayıt"ın növbəti transferi isə 1994-cü il təvəllüdlü dayaq yarımmüdafiəçisi Fərhad Qıstarov olubş. Əslən Balakən rayonundan olan adıçəkilən futbolçu 1,5 illik müqavilə imzalayıb. "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klublarının şərəfini qoruyan Qıstarov yeni komandasında 20 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulmuş Çernışev karyerası ərzində, "Rəvan", "Taqanroq" (13 oyun, 4 qol), "Dinamo QTS" (28 oyun, 3 qol), "Lokomotiv" (8 oyun, 1 qol) və "Drujba" (15 oyun, 2 qol) klublarının şərəfini qoruyub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30