Ölkə futbolu
Roman Qriqorçuk: "Bizə mütləq hücumçu lazımdı"
“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk apapsort.az saytına danışıb. Futbolxeber.az sizi ukraynalı mütəxəssisin həmin müsahibəsi ilə tanış edir:
- Qış fasiləsində əksər klublarımız kimi, “Qəbələ” də Türkiyədə hazırlıq prosesi keçdi. Antalya toplanışı ürəyinizcə oldumu?
- Komanda Türkiyədəki əlverişsiz hava şəraiti ilə əlaqədar, Antalyaya vaxtında yollana bilmədi. Sonra isə hər şey qaydasına düşdü. Həm hava baxımından bəxtimiz gətirdi, həm də güclü sparrinq rəqiblərlə oyun keçirdik. Ümumilikdə, toplanış yaxşı alındı.
- Antalyada 4 yoxlama oyunu keçirdiniz ki, bunların ikisində qələbə, birində heç-heçəyə imza atdınız, ilk görüşdə isə məğlubiyyətlə üzləşdiniz...
- Yoxlama oyunlarını qeydə alınan nəticələrə görə qiymətləndirməyi xoşlamıram. Mənim üçün əsas həmin görüşlərin komandaya nə dərəcədə faydalı olmasıdı. Yoxlama matçlarına ciddi məşq kimi baxıram. Bu oyunlarda nə qazandığımızı, bizə nə lazım olduğunu görmək istəyirik. Futbolçuları müxtəlif taktiki sxemlərdə sınaqdan keçiririk. Yoxlama oyunları məhz bunun üçündü. O ki qaldı nəticəyə, təbii ki, nəticə həmişə önəm kəsb edir. Sadəcə, yoxlama matçlarında ondan da vacib amillər var.
- Komandanız çempionatın ikinci yarısına tam hazırdımı?
- Bu suala dəqiq cavabı çempionatın gedişində vermək olur. İndi isə bu barədə danışmaq bir qədər doğru çıxmaz. Toplanışın komandaya faydalı olub-olmadığını rəsmi matçlarda görəcəyik. İkinci yarıda qeydə alınacaq nəticələr sualın ən doğru cavabı olacaq.
- Qış fasiləsində Petar Franyiç və Sadiq Quliyevlə yolları ayırdığınız halda, hələlik yalnız Araz Abdullayevi transfer etmisiz. Qış “transfer pəncərəsi” bağlanana qədər “Qəbələ”dən növbəti transfer görə bilərikmi?
- Bizə mütləq hücumçu lazımdı. Əsas hədəfimiz budu və istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Amma qış “transfer pəncərəsi”ndə səviyyəli futbolçu gətirmək çox çətindi. Bütün imkanlardan istifadə edirik, lakin alınıb-alınmayacağını bilmirəm.
- Xarici mətbuatda “Partizan”ın bolqarıstanlı hücumçusu Valeri Bojinovun adı “Qəbələ” ilə birgə hallanır. Onunla danışıqları davam etdirirsizmi?
- Fasilə müddətində çoxlu namizədləri nəzərdən keçirdik. Bir çox futbolçu ilə danışıq apardıq, xeyli oyunçunun video-görüntüsünə baxdıq. Doğrudan da, transfer etmək istədiyimiz futbolçuların hər biri yüksək səviyyəlidi. Amma kiminsə soyadını fərqləndirməyə ehtiyac duymuram. Çünki biz yalnız transfer etdiyimiz futbolçular barədə danışırıq. Mənim qaydalarımda komandamızda yer almayan oyunçunun soyadını çəkmək yoxdu.
- Yeni transfer Araz Abdullayevin məşqlər və yoxlama görüşlərindəki çıxışından razı qaldınızmı?
- Arazla tez-tez ünsiyyətdə oluruq. Başa düşür ki, çox çalışmalıdı. Gördüklərim məni Arazın böyük potensialı olduğuna əmin edir. Amma hələ də potensialını tam açmayıb. Məhz bunun üzərində çalışırıq ki, Araz “Qəbələ”də bütün imkanlarını göstərsin, hansısa bacarığını gizlətməsin (gülür). Məşqlərdə yaxşı iştirak edir, ondan razıyam. Arazın “Qəbələ”nin heyətində özünü yaxşı tərəfdən göstərmək və komandanın önəmli fiqurlarından birinə çevrilmək şansı var.
- Antalya toplanışında iştirak etmiş Cavid Hüseynov 90 dəqiqə oynamağa artıq hazırdımı?
- Cavid məşqlərdə həvəslə iştirak edir, üzərində çox çalışır. Həm o, həm də digər futbolçular bilirlər ki, mənim prinsipim dəyişməyib, meydana tam hazır olanları buraxıram. Hamının oynamaq üçün şansı eynidi.
- Türkiyə mətbuatında “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin adı “Bursaspor”la birgə hallanır. Xorvatiyalı futbolçu ilə bu barədə söhbətiniz olubmu?
- Mən bu cür şayiələrə, ümumiyyətlə, önəm vermirəm. Belə xəbərlər tez-tez yayılır. Əgər konkret bir şey yoxdusa, şərh bildirmirəm. Filip hazırda “Qəbələ”dədi və bizim ona inamımız böyükdü. Getdikcə “artırır”, gündən-günə daha güclü futbolçuya çevrilir.
- Qış fasiləsindən sonra çempionatda ilk oyununuzu “Sumqayıt”a qarşı keçirəcəksiniz. Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən rəqib qələbə istəyinizi reallaşdırmağa mane ola bilərmi?
- Təkcə “Sumqayıt” yox, çempionatda çıxış edən bütün komandalar digərlərinə problem yarada biləcək gücdədilər. Bizə rəqiblərimiz üzərində qələbə qazanmaq asan başa gəlmir. Hər birinə hörmətlə yanaşırıq. Başa düşürük ki, qış fasiləsində bütün rəqiblərimizdə dəyişikliklər olub. Bundan əlavə, “Qəbələ” ilə oyuna bütün komandalar daha çox motivasiya ilə çıxırlar. Matça ciddi hazırlaşırıq. Bizə qələbə lazımdı.
- Turnir cədvəlində izlədiyiniz “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Yəqin ki, bu oyunda “Neftçi”yə azarkeşlik edəcəksiniz...
- “Qarabağ”ın digər komandalarla matçları mənim üçün böyük önəm kəsb etmir. Başa düşürəm ki, bizə ilk növbədə, öz oyunlarımız vacibdi. Yaxşı oynamalı, həm onlara, həm də digər komandalara qalib gəlməliyik. Niyə “Qarabağ”ın başqa görüşləri barədə düşünüm ki? “Qarabağ” güclüdü və əksər rəqiblərini məğlub edəcək. Biz ilk növbədə, özümüz barədə düşünməli və enerjimizi hansısa komandaya azarkeşlik etməyə xərcləməməliyik. Düzdü, həmin görüşə baxacağam. Çünki hər iki rəqibimizi təhlil etmək mənasında, bu mənə lazımdı. Amma ilk növbədə, öz oyunlarımız və nəticələrimiz barədə düşünürəm.
- “Qəbələ” bu mövsüm çempionatın və ya ölkə kubokunun qalibi ola biləcəkmi?
- Çoxdandı bunu istəyirik. Əlbəttə ki, titul qazanmaq əla olardı. Amma təkcə istəməklə olmur. Çox ciddi rəqiblərimiz var. Lakin öz üzərimizdə işləyirik və inkişaf edirik. İnanırıq ki, buna nail olacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi