8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Bursaspor"un prezidenti: “Prosineçki bizimlə çalışmaqda maraqlıdır”

Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay millimizin baş məşqçisi Robert Prosineçki ilə davam edən danışıqlardan danışıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, o, "Anadolu Ajansı"na açıqlamasında xorvatiyalı mütəxəssisin AFFA rəhbərliyi ilə baş tutacaq görüşünün nəticəsini gözlədiklərini deyib:
 
"Prosineçki bizimlə çalışmaqda, biz də onunla işbirliyi qurmaqda maraqlıyıq. Ancaq o, hazırda Azərbaycan millisinin baş məşqçisidir.  Onun bu gün AFFA-nın rəhbərliyi ilə görüşü olacaq. Biz hazırda o görüşün nəticəsini gözləyirik".
 
Ay Prosineçkinin həm millimizdə, həm də "Bursaspor"da çalışa biləcəyini də deyib: "Bəli, onun həm millini, həm də "Bursaspor"u çalışdıra biləcəyi ehtimalı var. Bunun üçün hər-hansı problem olacağına inanmıram. Ancaq razılıq almazdan öncə danışmaq çətindir. İşin həll olunması üçün çalışırıq".
 
Klub rəhbəri sonda bildirib ki, danışıqlar baş tutsa, Prosineçki axşam saatlarında Türkiyəyə səfər edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30