Ölkə futbolu
"Xəzər Lənkəran": 7-ci start, yubiley oyunu
İyulun 2-də yeni - 2013/14 mövsümü start götürəcək. Futbolxeber.az-ın məlumatına görə, Lənkəran təmsilçisi üçün yubiley - 10-cu olacaq qarşıdakı futbol mövsümü avrokubok matçları ilə başlayacaq. Ayın 2-də Çempionlar Liqası və Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Avropaya Azərbaycan kubokunun finalçısı kimi yüksələn “ağ-yaşıllar” da həmin gün yeni mövsümdə ilk matçına çıxacaq.
Avropa Liqasında mübarizə aparacaq komanda Maltanın “Slima Uonderers” klubu ilə görüşəcək. İlk matçını səfərdə keçirməli olan “Xəzər Lənkəran” ada dövlətində özünün 10-cu, avrokuboklarda isə 7-ci mövsümünə başlayacaq. Tarixinin ilk - 2004/05 mövsümündən sonra daha 2 dəfə avrokuboklardan kənar qalan komanda 2006/07 və 2009/10 mövsümləri istisna olmaqla hər dəfə qitə səhnəsində Azərbaycanın təmsilçilərindən olub.
Yubiley mövsümünün start oyunu həm də avrokuboklarda yubiley matçı olacaq. Belə ki, Maltadakı görüş Lənkəran təmsilçisinin qitə arenasında 15-ci matçı kimi tarixə düşəcək. Əvvəlki 6 cəhddə komanda 14 oyuna çıxıb. Polşanın “Lex” klubu və Moldova təmsilçiləri ilə 2 dəfə rəqib olan komanda Xorvatiya, Estoniya və İsrail klubları ilə də görüşüb. İlk dəfə maltalıları sınağa çəkəcək “Xəzər Lənkəran” 14 qarşılaşmada 1 qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə uduzub. 12 qol vurub və 22-ni buraxan “ağ-yaşıllar” ilk 5 cəhddəki uğursuzluqdan sonra ötən mövsüm mərhələ adlamağı bacarmışdı. Bu dəfə həmin uğurun davamını gətirmək niyyətində olan komanda oyunlarından 2-ni Çempionlar Liqası, 12-ni Avropa Liqası (əvvəl UEFA kuboku) turnirində keçirib.
Evdə 5 heç-heçə və 2 məğlubiyyəti, rəqib meydanında isə 1 qələbə və 1 heç-heçə ilə yanaşı, 5 yenilgisi olan komanda növbəti səfər qələbəsini də Maltada əldə etməyə çalışacaq.
Mövsüm tarix turnir Mərhələ Rəqib meydan hesab
2005/06 14.07.2005 UK I təsnifat NİSTRU (Moldova) s 1:3
2005/06 28.07.2005 UK I təsnifat NİSTRU (Moldova) e 1:2
2007/08 17.07.2007 ÇL I təsnifat DİNAMO (Xorvatiya) e 1:1
2007/08 24.07.2007 ÇL I təsnifat DİNAMO (Xorvatiya) s 1:3, əlavə vaxtda
2008/09 17.07.2008 UK I təsnifat LEX (Polşa) e 0:1
2008/09 31.07.2008 UK I təsnifat LEX (Polşa) s 1:4
2010/11 01.07.2010 AL I təsnifat OLİMPİYA (Moldova) s 0:0
2010/11 08.07.2010 AL I təsnifat OLİMPİYA (Moldova) e 1:1
2011/12 14.07.2011 AL II təsnifat MAKKABİ (Təl-Əviv, İsrail) s 1:3
2011/12 21.07.2011 AL II təsnifat MAKKABİ (Təl-Əviv, İsrail) e 0:0
2012/13 05.07.2012 AL I təsnifat NOMME KALYU (Estoniya) e 2:2
2012/13 10.07.2012 AL I təsnifat NOMME KALYU (Estoniya) s 2:0
2012/13 19.07.2012 AL II təsnifat LEX (Polşa) e 1:1
2012/13 26.07.2012 AL II təsnifat LEX (Polşa) s 0:1
ÇL – Çempionlar Liqası, UK – UEFA kuboku, AL – Avropa Liqası, e – evdə, s- səfərdə
Bu dəfə qitə arenasına komandanı uelsli baş məşqçisi Con Toşak çıxaracaq. Zəngin karyeraya malik mütəxəssis avrokuboklarda kifayət qədər komanda çıxarsa da, “Xəzər Lənkəran”la ilk dəfə qitə miqyasında olacaq. Buna qədər ki 14 matçda komandaya 4 məşqçi başçılıq edib. Onlar arasında ən uğurlusu Yunis Hüseynov olsa da, Toşak onun göstəricilərini yaxşılaşdırmaq imkanına malikdir.
№ Baş məşqçi mövsüm O Q H M T X
1 Yunis Hüseynov 1 4 1 2 1 5-4 5
2 Ağasəlim Mircavadov 3 6 0 3 3 4-10 3
3 Mirça Rednik 1 2 0 1 1 1-3 1
4 Rasim Kara 1 2 0 0 2 2-5 0
Futbolçulara gəlincə isə əvvəlki 14 matçda 54 futbolçuya güvənən komandanın rekordçusu Rahid Əmirquliyevdir. 6-cı dəfə avrokubok mövsümünün iştirakçısı olacaq yarımmüdafiəçi artıq 12 qarşılaşmada meydana çıxıb. “Xəzər Lənkəran”ın qitə miqyaslı turnirlərdəki 12 qoluna isə 8 futbolçu imza atıb. Zaur Ramazanov və Branimir Subaşiçin hərəyə 3 qol vurduğu yarışlarda digər 6 oyunçu hərəyə 1 dəfə fərqlənib.
lankaranfc.com
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi