29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Səbail” almanlarla gücünü sınadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” çalışmalarını davam etdirir.
 
Futbolxeber.az-ın məlumatına görə, I Divizion təmsilçisi ötən gün qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. “Aslanlar” Almaniyanın "Ayntraxt Northeym" komandası ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0. 
 
"Səbail" meydana bu əsas heyətlə çıxıb: Emil Balayev, Saşa Yunisoğlu (K), Təyyar Məmmədov, Anar Babayev, Taleh Babayev, Fərid Səmədzadə, Eltun Yaqublu, Orxan Qurbanlı, Ruslan Tağızadə, Ramazan Abbasov, Bayram Budaqov.
 
Qeyd edək ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda ilk sınağında Qazaxıstan təmsilçisi "Kyran"a 2:4 hesabı ilə uduzub. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31