29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Mərhum Akif İsmayılovun ad günüdür

Bu gün Respublika stadionunun keçmiş direktoru, mərhum Akif İsmayılovun ad günüdür.

Futbolxeber.az saytına görə, yaşasaydı bu gün Akif İsmayılovun 53 yaşı tamam olacaqdı.

Mərhum uzun sürən xəstəlikdən sonra ötən ilin 26 fevralında dünyasını dəyişib.

İsmayılov 1999-2015-ci illər aralığında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsində çalışıb.

Akif İsmayılov 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Mərhum vaxtilə futbolçu olub. “Neftçi”nin əvəzedici heyətində, həmçinin “Termist”, Naxçıvanın “Araz”, Sabirabadın “İnşaatçı”, Lənkəranın “Xəzər”, Anatoli Banişevskinin baş məşqçi olduğu dövrdə isə Mingəçevirin “Avtomobilçi” komandasında oynayıb. İsmayılov “Termist”lə Azərbaycan çempionu, “İnşaatçı” ilə Azərbaycan Kubokunun sahibi adını qazanıb. 1989-cu ildə futbolçu karyerasını bitirib.

1999-cu il sentyabrın 3-də keçirilmiş Azərbaycan - Portuqaliya matçından sonra isə həmin dövrdə gənclər və idman naziri olmuş Əbülfəs Qarayevin əmri ilə bura direktor vəzifəsinə təyin olunub.

Allah rəhmət eləsin!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31