8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Trabzonspor” Şeydayevi rezerv komandasına göndərir

Türkiyənin “Trabzonspor” klubunda əsas heyətə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayevin icarəyə veriləcəyi ilə bağlı yazmışdıq.
 
Futbolxeber.az-ın məlumatına görə, Qara dəniz təmsilçisi hücumçumuzla yanaşı, toqolu müdafiəçi Serj Akakponu da göndərməyi qərara alıb. Artıq onlar üçün yeni komanda da tapılıb. Trabzonlular komandada legioner limiti dolduğuna görə hər iki futbolçunu icarəyə verməyi düşünür. Heyətində 13 əcnəbi futbolçu olan "bordo-mavilər" Şeydayev və Akpoponu TFF 2-ci Liqada mübarizə aparan  "Trabzon 1461" klubuna təklif edib. Futbolçular buna razılıq versələr, mövsümün qalan hissəsini I liqa təmsilçisində keçirəcəklər.
 
Xatırladaq ki, "Trabzonspor" Ramil Şeydayevi daha öncə "Samsunspor"a təklif etsə də, Samsun təmsilçisi bu təklifdən imtina etmişdi. Həmçinin forvardımızla “Giresunspor” da maraqlanırdı.
 
Maraq üçün əlavə edək ki, "Trabzon 1461" “Trabzonspor”un rezerev komandasıdır. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30