Ölkə futbolu
Elxan Abdullayev: “Neftçi”nin ən böyük çatışmazlığı…”
“Neftçi” qış təlim-məşq toplanışını başa vurub.
Futbolxeber.az-ın məlumatına görə, klub saytına danışan “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev Antalya hazırlığının yekunları barədə fikirlərini açıqlayıb: "Təlim-məşq toplanışını dəyərləndirərək deyə bilərəm ki, hazırlıq prosesi məndə müsbət olduğu kimi, mənfi təəssürat da yaratdı. 16 gün ərzində 22 məşq və 5 yoxlama oyunu keçirdik. Toplanışın ilk hissəsi fiziki hazırlığa üstünlük verdik, ikinci hissəsində isə daha çox texniki-taktiki hazırlıq üzərində çalışdıq. Komanda çox yükləndi və bu yüklənmənin altında yoxlama oyunları keçirdi. Bizə bu şəraiti yaratdığına görə klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Hər şey yüksək səviyyədə idi. Futbolçulara da minnətdarlığımı bildirmək istəyirəm ki, çox yüklənmələrinə baxmayaraq öz işlərini peşəkarlıqla yerinə yetirdilər. Bunun psixoloji cəhətdən çox ağır olduğunu bilirəm.
Yeni oyunçulara gəlincə, transfer etdiyimiz futbolçulardan ikisi Azərbaycan milli komandasının, biri Gürcüstan yığmasının üzvüdür. Bundan başqa, transferlərdən ikisi Çexiya çempionatının yüksək liqasından, biri Qazaxıstan çempionatından, digəri isə Ukrayna liqasından gəliblər. Digər futbolçularımız kimi, yenilərdən də razı qaldım. Düzdür, çatışmayan cəhətlər də var idi, amma onlarsız da keçinmək mümkün deyil. Çünki ağır yükləmələrlə məşq edən futbolçu səhv buraxa bilər. Amma ən vacibi bu deyil. Artıq biz Bakıya qayıdıb, gündə bir dəfə məşq etməklə yanvarın 29-da "Qarabağ”la baş tutacaq oyuna hazırlaşacağıq.
Heç vaxt futbolçunu baxışa dəvət edib sınamağın tərəfdarı olmamışam. Bayaq bildirdiyim kimi, toplanış məndə müsbət olduğu kimi, mənfi təəssürat da yaratdı. Mənfi olan budur ki, bu günə qədər hücum xəttinə oyunçu tapa bilməmişik. Hazırda "Neftçi” hücumçusuz oynayır. Yoxlama oyunlarında qarşımıza qələbə qazanmaq məqsədi qoymasaq da, bu görüşlər bizim çatışmazlıqlarımızı göstərdi. Bu gün "Neftçi”nin ən böyük çatışmazlığı hücumçunun olmamasıdır. Biz mövsümün əvvəlindən hücumçusuz oynayırıq. Boşluğu orta səviyyəli hücumçularla doldura bilərik, amma bunu eləmək istəmirik. Kardozo da daxil olmaqla, baxışa dəvət edilmiş oyunçular bəlkə də əvvəllər yüksək səviyyəli futbolçular olublar, amma onlar istədiyim oyunu göstərə bilmədilər. Buna görə də Kardozo ilə bağlı qərar verilib, o, geri göndəriləcək. Bununla belə, namizədlər var, hücumçu transferi ilə bağlı danışıqlarımız davam edir. Amma təəssüf ki, güclü hücumçular azad deyillər, klublara məxsusdurlar. Təbii ki, mümkün qədər güclü futbolçu transfer etmək istəyirik, amma klubun büdcəsi də nəzərə alınmalıdır. Çalışacağıq büdcəyə uyğun səviyyəli futbolçu tapaq. Hərçənd qış transfer dönəmində bunu etmək heç də asan deyil. Çox inanmaq istəyirəm ki, "Qarabağ”la oyunadək bu problemi aradan qaldıracağıq. Toplanışdan tam razı qala bilmirəm, çünki hər oyunda məqsəd qələbə qazanmaqdırsa, bunun üçün qol vurmaq lazımdır. Bu gün bizim bu mənada böyük problemlərimiz var. Buna görə də çox istərdik ki, qısa zaman ərzində sıralarımıza lazımi futbolçuları cəlb edə bilək.
Bilirəm ki, azarkeşlər səbirsizliklə bizdən gözəl oyunla yanaşı, qələbə gözləyirlər. Qələbə isə qollar vurmaqla qazanılır. Buna görə də onları yaxşı başa düşürəm. Sevimli azarkeşlərimizi sevindirək üçün əlimizdən gələn hər şeyi etmək istəyirik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq