7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

“Neftçi” “sülh”lə vida etdi

"Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Rumıniyanın "Konkordiya” klubu ilə qarşılaşıb. "Bellis Deluxe” otelinin meydançasında baş tutmuş görüşdən əvvəl 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 1:1 hesabı ilə başa çatan oyunda bakılıların qolunu 67-ci dəqiqədə Cavid İmamverdiyev vurub.
 
“Neftçi” bu heyətlə çıxış edib: 33.Boban Baykoviç, 22.Mahir Şükürov (K), 15.Ruslan Abışov, 25.Kirilo Petrov, 29.Georgi Navalovski, 8.Zdenek Folprext, 13.Murad Ağayev, 10.Cavid İmamverdiyev, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev, 14.Ramon Kardozo.
 
Meydana sonradan daxil olanlar: 3.Jairo Rodriges, 9.Namiq Ələsgərov, 11.İqnasio Herrera, 23.Tərzin Cahangirov, 27.Məqsəd İsayev.
 
Qeyd edək ki, “Neftçi” Antalyada keçirdiyi əvvəlki yoxlama matlarında Türkiyənin “Sivasspor” (0:0) və Rusiyanın “Tosno” klubu (2:2) ilə bərabərə qalıb, Özbəkistan təmsilçisi “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” klubuna (2:4) isə uduzub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30