29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Sumqayıt”ın iki 2:2-si

“Sumqayıt”ın əsas komandası ilə yanaşı, əvəzediciləri də çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Sumqayıtda gündə iki dəfə olmaqla məşq edən komanda bu müddət ərzində 2 yoxlama oyunu keçirib. “Kimyaçılar” ilk olaraq, səfərdə “İnter”in əvəzediciləri ilə qarşılaşıb və matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Qolları Süleyman Piriyev və Murad Məmmədxanov vurub.
 
Bundan başqa, “Sumqayıt” əvəzediciləri ötən gün I Divizion təmsilçisi “Şahdağ”la üz-üzə gəlib. “Kapital Bank Arena”da baş tutan görüş də, eyni hesabla başa çatıb – 2:2. Bu oyunda ev sahiblərindən Əli Əlimərdanlı və Elvin Nəsibov fərqlənib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31