28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Millimizin Sankt-Peterburqdakı növbəti rəqibi müəyyənləşdi

Sankt-Peterburqda 19 yaşadək futbolçular arasında keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX beynəlxalq turnirdə Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 9-16-cı yerlər uğrunda mübarizə aparacaq millimiz ilk olaraq İranla üz-üzə gələcək. Qrup mərhələsini 4 xalla başa vuran İran yığması D qrupunda III yeri tutub.

İran - Azərbaycan matçı yanvarın 15-də keçiriləcək və Bakı vaxtı ilə 15:15-də start götürəcək. Həmin görüşdə qələbə qazanacağı təqdirdə, Təbriz Həsənovun komandası 9-cu yer uğrunda mübarizəni davam etdirəcək və növbəti matçında Hindistan - Estoniya görüşünün qalibi ilə görüşəcək. Yanvarın 17-də, Bakı vaxtı ilə 20:00-da başlanacaq qarşılaşmada da qalib gələcəyi təqdirdə, yığmamız 20 yanvarda, eyni saatda 9-cu yer uğrunda həlledici görüşə çıxacaq.

Milli komandamız İranla matçda məğlub olacağı halda, 13-16-cı yerlər uğrunda mübarizə aparacaq. Bu zaman yığmamız Hindistan - Estoniya görüşündə uduzan tərəflə qarşılaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31