8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Təbriz Həsənov: “Bəxtimiz gətirmədi”

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yer aldığı C qrupunda da mübarizəyə yekun vurulub. Komandamız son turda Slovakiyaya 0:1 hesabı ilə uduzaraq qrupda qalıb.
 
Matçdan sonra yığmamızın baş məşqiçisi Təbriz Həsənov məğlubiyyəti belə şərh edib: “Qrupda keçirdiyimiz hər üç oyuna əsasən onu deyə bilərəm ki, bəxtimiz gətirmədi. Konkret bugünkü oyuna gəlincə, yaratdığımız qol epizodlarını gördünüz. Bununla belə, fərqlənə bilmədik və nəticə göz qabağındadır. Məni təəssüfləndirən digər məqam futbolçumuzun qırmızı vərəqə almasıdır. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından bu turnir bizim üçün faydalıdır”.
 
Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci yeri də tuta bilmədiyi üçün 9-16-cı yerlər uğrunda yarışacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30