28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Şəhriyar Əliyev: “Buna hazıram”

“Hazırda özümü yaxşı hiss edirəm, zədəm də sağalıb. Odur ki, məşqlərə başlamağımda heç bir problem qalmayıb”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri klub saytına açıqlamasında “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib. Uzun müddət zədəli olduğundan mövsümün ilk yarısında Gəncə təmsilçisinə az kömək edən müdafiəçi yanvarın 11-dən Bakıda məşqlərə başlayan “sarı-göylər”ə qoşulub: 
 
“Zədəmlə bağlı ötən il komandama istənilən qədər yardımçı ola bilmədim. Hər bir futbolçunun arzusu klubunun uğur qazanmasına kömək etmək, buna çalışmaqdır. Amma zədələrdən də qaçmaq olmur. Artıq hər şey geridə qalıb. Oynamadığım müddətdə çəkim artmayıb, əksinə azalıb (gülür). Yavaş-yavaş formamı bərpa etməyə çalışacağam. Arzum tezliklə oyunlara çıxmaqdır”. 
 
Əliyevin yoxluğunda məşqçilər korpusu müdafiənin mərkəzində Azad Kərimovla Tural Nərimanova yer verib. Şəhriyar əsas heyətə dönmək üçün rəqabətə hazır olmalıdır və futbolçu bunu yaxşı anlayır: “Komandamızda əvəzedilməz oyunçu yoxdur. Mənim mövqeyimdə çıxış edən komanda yoldaşlarım özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar və yoxluğum hiss olunmadı. Ona görə də düşünürəm ki, ilk “11-liy”ə qayıtmaq heç də asan olmayacaq. Rəqabət aparmalıyam və buna hazıram. Kim gülcüdürsə, məşqçilər ona da şans verəcək. Birdə ki, əsas olan kiminsə oynaması deyil, “Kəpəz”in uğur qazanmasıdır. Mehriban heyətimiz var, hamı bir-birinin, bütövlükdə isə klubun uğur qazanmasına çalışır”.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31