8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Təbriz Həsənov: “Bu cür oyunda uduzmaq pis təsir edir”

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk oyununu keçirib. C qrupunda mübarizə aparan yığmamız Litvaya 1:2 hesabı ilə uduzub.
 
Matçdan sonra millimizin baş məşqçisi Təbriz Həsənov məğlubiyyəti belə şərh edib: “Belə turnirlərdə ilk oyunlar həmişə əsəbi məcrada, psixoloji gərginlik altında keçir. Biz bu gün rəqibimizdən yaxşı oynadığımız halda məğlub olduq. Bu cür oyunda uduzmaq pis təsir edir. Amma futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür. Xeyli qol epizodu yaratsaq da, yalnız bir dəfə fərqlənə bildik. İki standart vəziyyətdə isə qol buraxdıq. Çatışmazlıqları təhlil edib qarşıdakı oyunlarda yaxşı nəticə qazanmağa çalışacağıq. Litva yığmasını qələbə münasibətilə təbrik edirəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30