28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Reynaldo "Gənclərbirliyi"nin hədəfində

Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu transfer çalışmalarını davam etdirir.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, baş məşqçi Ümit Özatın tələbi ilə komanda "Qarabağ"ın hücumçusu Reynaldo üçün hərəkətə keçib.

Super Liqa klubu braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ankara klubu artıq “Qarabağ”a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir.

“Gənclərbirliyi” Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31