29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Elxan Məmmədov: “Bakı” və “Xəzər Lənkəran”ın Premyer Liqanı tərk etməsi Azərbaycan futboluna böyük zərbədi”

AFFA-nın baş katibi Elxan Məmmədov Premyer Liqadan kənarda qalan “Bakı” və “Xəzər Lənkəran”dan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, futbolinfo.az-a müsahibəsində baş katib bunları söyləyib:

“Təbii ki, "Xəzər Lənkəran" və "Bakı"nın yoxluğu xüsusi olaraq hiss olunur.  Çünki "Xəzər Lənkəran" və "Bakı" Azərbaycan futbol bazarında vacib yerlər tutmuşdular. Hər iki klub Avroliqanın qrupunda olmasa da, seçmə mərhələsində oynamışdı. "Bakı"nın bir dəfə bəxti gətirməmişdi. Cəzalı futbolçu məsələsi yəqin ki, yadınızdadı. O olmasaydı, komanda, bəlkə də, qrupa qədər irəliləyəcəkdi. Hər ikisi böyük klub idi. Əsas odu ki, bazaları, infrastrukturları var idi. Yəni bir kluba lazım olan bütün şaraitə malik idilər. Amma onlar özəl təşkilatlardı. Özəl təşkilatların uğurlu və uğursuz nəticələri olur. Yəqin çətinliklə üzləşdilər ki, futboldan bir az uzaq olmalı idilər və ya qoyulan sərmayənin miqdarı azalmalı idi. Bu klubların Premyer Liqanı tərk etməsi Azərbaycan futboluna böyük zərbədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31