Ölkə futbolu
Taktiki təhlil: AZAL - "Qəbələ" 0:1
"Extratime" saytının əməkdaşı Samir Vəliyev ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən AZAL - “Qəbələ” matçını taktiki cəhətdən təhlil edib.
Futbolxeber.az sizi həmin materialla tanış edir:
Ənənəvi 4-2-3-1 taktiki sxeminə güvənən Tərlan Əhmədov meydana optimal heyəti buraxmışdı. Üstəlik, yeni transfer Sadio Tounkaranın da adı 18-liyə salınmışdı.
Roman Qriqorçukun son oyunlardakı rotasiyası yenə davam edirdi. Bu dəfə müdafiənin sağ cinahında limitə görə heyətə düşən Qismət Alıyev çıxış edirdi. Hərçənd oyunun gedişində o, bir müddət Ürfan Abbasovla yerini dəyişərək, sol cinaha da keçdi.
Bu oyunda AZAL-a hökmən ən azı 2 qol vurmaq lazım olmasına, “Qəbələ”yə isə heç-heçənin belə kifayət etməsinə baxmayaraq, hər 2 komanda öz oyun üslubuna sadiq qalmışdı. Yəni Qriqorçukun yetirmələri ilk dəqiqələrdən xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmaqda, AZAL isə müdafiədə oturub, öz şansını gözləməkdə idi.
Tərlan Əhmədov komandasına müdafiədə sıx oynamağı və “Qəbələ” futbolçularının öz fərdi bacarıqlarından istifadə etməsinə imkan verməməyi tapşırmışdı. Top ələ keçirildikdə isə kiçik ötürmələrlə hücumlar qurub, ön xətdə boş zonalara açılmış futbolçulara sürətli ötürmələr edilməli idi. İlk yarıda futbolçular baş məqçinin tapşırıqlarını heç də pis yerinə yetirmirdilər. Nəticədə AZAL “Qəbələ” ilə başabaş mübarizə aparır, rəqibin üstünlüyü ələ keçirməsinə imkan vermirdi. Lakin hissənin sonlarından etibarən “Qəbələ” hücumlarının intensivliyini və kəsərini artırmağa başladı. İkinci yarıya da eyni templə başlayan qonaqlar çox keçmədən hesabı aça bildilər. AZAL müdafiəçilərinin ani diqqətsizliyindən yararlanan Asif Məmmədov çox vacib qol vurdu.
Tərlan Əhmədov buraxılan qoldan sonra Kvirtiyanın əvəzinə Tounkaranı “döyüşə atdı”, az sonra isə Koronadonu Kamal Mirzəyevlə əvəzlədi. Lakin bu dəyişikliklər effekt vermədi. Əksinə, “Qəbələ” hesabı açdıqdan sonra daha bir neçə dəfə real qola yaxın oldu. Roman Qriqorçukun 2 gənc futbolçu – 20 yaşlı Ramil Həsənovla 17 yaşlı Fərid Nəbiyevi meydana buraxması da diqqətçəkən məqamlardan idi.
Maraqlıdır ki, AZAL-a ən azı 2 qol vurmaq lazım olsa da, Tərlan Əhmədov risk etməyi düşünmədi və sonacan 4-2-3-1 sxeminə sadiq qaldı. Bununla belə, David Canelidzenin əvəzinə Röyal Nəcəfovun meydana çıxması AZAL-ın oyununda müəyyən canlanma yaratdı. Oyuna yaxşı qoşulan Röyal rəqibin müdafiə xəttinin gərginlikdə saxlanılması və komandasının fərqlənməsi üçün əlindən gələni etdi. Lakin AZAL nəinki oyunu əlavə vaxta daşımağı, heç bərabərlik qolunu vurmağı da bacarmadı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi