9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Zirə” legioneri ilə yolları ayırır

Qış fasiləsinə 5-ci pillədə yollanan “Zirə” bir futbolçusu ilə yolları ayıracaq. 
 
Futbolxeber.az-ın məlumatına görə, Misir əsilli hücumçu Yasin Həmid məşqçilər korpusunun gələcək planlarına daxil deyil. Ukrayna vətəndaşı olan 23 yaşlı futbolçunun “Zirə” ilə müqaviləsi hələ bitməyib. Dövrələrarası fasilədə imzalanmış sözləşməyə əsasən, Həmid 2019-cu ilin yayına qədər paytaxt klubunun formasını geyinməlidi. Lakin yeni komandasında özünü yaxşı tərəfdən göstərə bilməyən Yasinin göndərilməsi nəzərdə tutulub. Sadəcə, keçmiş “Rəvan”lının “Zirə”ni hansı şərtlərlə tərk edəcəyinə hələ aydınlıq gəlməyib.
 
Tərəflər arasında razılıq əldə olunsa, Yasinin müqaviləsinə son qoyulacaq. Rəhbərliyin bu təklifini qəbul etməyəcəyi halda isə Həmid hansısa kluba icarəyə veriləcək.
 
Qeyd edək ki, cari mövsümdə 3 oyunda iştirak edən Yasin Həmid ümumilikdə 9 dəqiqə meydanda olub. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30