8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Diniyev: “Mərhələ adlamaq istəyiriksə…”

Dekabrın 21-də doğma meydanda “İnter”lə ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununa çıxacaq “Kəpəz” artıq hazırlığı başa vurub. 
 
Futbolxeber.az-ın məlumatına görə, mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan və uzun sürməyən hazırlıq prosesindən sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb: 
 
“İlk qarşılaşmada 2 top fərqi ilə uduzmuşuq, oyuna yox, hesaba görə bizim üçün pis nəticədir. Bu səbəbdən sabah bizi ölüm-dirim mübarizəsi gözləyir. Mərhələ adlamaq istəyiriksə, mütləq uyğun hesabla qalib gəlməliyik. Taktiki cəhətdən daha ağıllı oynamalıyıq. İlin son matçıdır, odur ki, ən başlıcası azarkeşləri sevindirməyə çalışacağıq. 
 
Komandada zədəlilər çoxdur, Renan Alves, Kərim Diniyev və Tadas Simaitis zədəli halda oynayacaq. Futbolçular xarakter göstərib oynayırlar. Qəbələdəki çempionat görüşündə uduzmağımız uşaqların əhval-ruhiyyəsini korlaya bilər, amma bunun kubok oyununa təsir etməməsinə çalışırıq. Meydana qələbə üçün çıxacağıq. Yeni ilə yaxşı nəticə ilə yollanmaq istəyirik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30