28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Xəzər Lənkəran”la oyundan sonra ilk…

AZAL qələbəsiz oyunlar seriyasına son qoyub. 
 
Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi mövsümdə ilk qələbəsini Azərbaycan Premyer Liqasının XIV turunun “Neftçi” ilə səfər oyununda əldə edib. 1:0 hesabı ilə qalib gələn Tərlan Əhmədovun yetirmələri 17 matçlıq qələbəsizlik seriyasına son qoyub. 
 
Belə ki, AZAL cari mövsümün əvvəlki 13 qarşılaşmasından başqa, ötən çempionatın son 4 görüşündə də qalib gələ bilməmişdi. Bu il aprelin 30-da “Xəzər Lənkəran”la ev qarşılaşmasında qələbə qazanan AZAL 231 gündən sonra 3 xal qazanmağı bacarıb. Bu, klub tarixində 2-ci belə uğursuzluqdur. 2014-cü ildə bakılılar daha çox – ardıcıl 20 görüşdə qələbəyə həsrət qalmışdı. 2013/14 mövsümünün son 18 matçında yaşanan bu seriya 2014/15 mövsümünün ilk iki oyununda da davam etmişdi.
 
Qeyd edək ki, 17 oyunluq qələbəsizlik seriyası zamanı AZAL 6 heç-heçə edib və 11 dəfə uduzub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31