9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

"Sumqayıt"da Mançesterə gedəcək futbolçularla görüş

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və “Bakcell” şirkətinin birgə təşkilatçılığı ilə “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri müəyyənləşib.
 
Futbolxeber.az-ın məlumatına görə, seçilmiş 6 futbolçu dekabrın 9-da İngiltərənin Mançester şəhərinə yola düşəcək. Həmin 6 futbolçudan 4-ü "Sumqayıt" klubunun üzvüdür. Belə ki, Elnar Məmmədli, Kənan Cavadlı, Murad Rüstəmov və Ümid Rəcəbov "Sumqayıt" FK U-12 komandasının futbolçularıdır.
 
Bununla əlaqədar olaraq, adları çəkilən futbolçular "Kapital Bank Arena"da "Sumqayıt"ın A komandası ilə görüşüb. Tədbirdə həmçinin "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Abdulla Məmmədov, şuranın üzvü Telman Salahov, "Kapital Bank" ASC-nin nümayəndəsi Pərviz Sədrəddinov, A komandanın baş məşqçisi Samir Abasov, kapitan Vurğun Hüseynov və futbolçu heyəti iştirak edib.
 
Tədbir haqqında qonaqlara məlumat verən Kamran Quliyev ilk sözü Muxtar Babayevə verib. Babayev də öz növbəsində gənc futbolçularımızı “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri olduqlarına görə təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb. Ardınca Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və veteran futbolçu Telman Salahov da gənc futbolçuları təbrik edərək onlara uğurlu karyera arzulayıb.
 
Tədbirin yekununda Elnar Məmmədli, Kənan Cavadlı, Murad Rüstəmov və Ümid Rəcəbov "Sumqayıt"ın və "Kapital Bank"ın hazırladığı xüsusi hədiyyələrlə mükafatlandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30