8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Neftçi”ni mübarizədən kənarlaşdırmaq istəyirik”

“Çox gərgin oyun keçdi. Çətin qarşılaşma alındı. Sevinirik ki, qələbə qazana bildik”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Şərurspor”un müdafiəçisi Rəşad Orucov I divizionun 13-cü turunda “Zaqatala”nı 4:3 hesablı ilə məğlub etdikləri oyundan sonra deyib.

Oyunun gedişində bir epizodda Orucov komanda yoldaşlarının üzərinə qışqırıb. O, hərəkətinin səbəbini belə izah edib: “Oyunun gedişində hər bir futbolçu səhv edə bilər. Dünya ulduzları belə, səhvdən sığortalanmayıblar. Mən də bir epizodda səhv etdim, qapımız qarşısında təhlükəli an yaşandı. Bu an komanda yoldaşlarım üzərimə çox gəldilər. Ona görə qışqırdım ki, futbol oynayın”.

27 yaşlı müdafiəçi “Şərurspor”un ilk dövrədəki çıxışını belə dəyərləndirib: “Mövsümə yaxşı başlasaq da, sonradan komandada eniş oldu. Son 3 oyunda yaxşı nəticə qazandıq. Qarşıda kubok oyunumuz var. Ciddi hazırlaşıb, “Neftçi”ni mübarizədən kənarlaşdırmaq istəyirik. Hər kəsə sübut edəcəyik ki, yaxşı komandayıq”.

Orucov qeyd edib ki, “Şərurspor”da daxili ab-hava çox yaxşıdır: “Komandamızda hər şey yaxşıdır. Mehriban kollektivimiz var. Həlıə heç bir yanda bu cür ab-hava görməmişəm. Baş məşqçimiz də əlindən gələni edir”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30