8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Sənan Qurbanov: “Yaxşı oynayıb, məğlub olduq”

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Qəbələ” - “Anderlext” (Belçika) oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Sent-Etyen”lə qarşılaşmada olduğu kimi yenə üzücü oyun oldu. Futbolçularımız yaxşı oynadı. Ani diqqətsizlik üzündən qapımızda qollar gördük. “Anderlext” kimi sürətli komanda ilə oyunda buna yol verməyin nəticəsi belə olur. Baş məşqçimiz oyundan öncə də bu barədə futbolçulara xəbərdarlıq etmişdi. Buna baxmayaraq, futbolçularımız ümumilikdə yaxşı oynadı. Biz də ona üzülürük ki, yaxşı oynayıb, məğlub olduq. “Qəbələ” üçün ardıcıl iki mövsüm qrupda oynamaq böyük təcrübədir. Həm ötən il, həm bu il yaxşı oyunlar keçirmişik. Belə təcrübə toplamaqla komandamız irəli gedəcək. Mən köməkçi məşqçiyəm, baş məşqçinin tapşırıqlarını yerinə yetirirəm. O, hər qarşılaşmadan öncə öz göstərişlərini verir. Məğlub olmaq xoş deyil. Görüşü analiz edib, çatışmazlıqları aradan qaldıracağıq. Bu oyunla heç nə bitmir, irəli baxmaq lazımdır. Bu, həm mən, həm komanda üçün təcrübədir. Oyundan öncə penalti olarsa, bu zərbəni Rikardinyo və ya Filip Ozobiçin yerinə yetirəcəyini müəyyənləşdirmişdik. Braziliyalı inamlı şəkildə topu götürüb, dəqiq zərbə ifa etdi. O, ikinci cəhddə də dəqiq oynadı. Amma təkrar zərbə zamanı artıq psixoloji amil özünü göstərdi. Zədələnən Baqali Dabonun durumuna sabahkı müayinədən sonra aydınqlıq gələcək. Ağrılar onun topuğundadır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30