8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rüfət Quliyev: “Premyer Liqaya hazır vəziyyətdə gəlmək istəyirik”

“Oyuna yaxşı başladıq. Erkən qol vurduq. Lakin sonradan qapımızda 3 qol gördük”. Futbolxeber.az saytının Zaqatalaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev I divizionun 12-ci turunda “Zaqatala”ya 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, məğlubiyyətə baxmayaraq, ruhdan düşmədiklərini bildirib: “İkinci hissədə rəqib azlıqda qalsa da, istəyimizə çata bilmədik. Amma bu oyunla çemponat bitmir. Mübarizəmizi davam etdirəcəyik. Çalışacağıq ki, gələcək oyunlarda daha yaxşı çıxış edək”.

Rüfət Quliyev “Ağsu”nun məqsədinin gələcəkdə Premyer Liqada çıxış etmək olduğunu bildirib: “Cavan komandayıq. 4 il ərzində 3 dəfə I divizionda medal qazanmışıq. Premyer Liqaya hazır vəziyyətdə gəlmək istəyirik. Çalışırıq ki, öz gücümüzlə yüksək liqaya vəsiqə qazanaq. Bunun üçün lisenziyalaşdırmadan keçmək lazımdır. Lisenziya tələblərindən biri də uşaq futbolu ilə bağlıdır. Hazırda 5 yaş qrupu üzrə komandamız var. Premyer Liqada oynamaq üçün bu rəqəmin 9-a çatması lazımdır. Bunun üçün isə vaxta ehtiyac var. Ağsuda bu gün 9 yaş qrupu üzrə komanda formalaşdırmaq çətindir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30