8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

İtaliya səfiri: “Qarabağ”a yox, “Fiorentina”ya azarkeşlik edəcəyəm”

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Cutillo Avropa Liqasının qrup mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu barədə fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, qol.az-a verdiyi eksklüziv açıqlamada o bildirib ki, Bakıdakı bu görüşü stadiondan izləyəcək.

“Futbol və idman bir bayram, insanların, xalqların bir yerdə olması üçün gözəl vasitədir. Təəssüf ki, vaxtımın azlığına görə “Fiorentina” ilə “Qarabağ”ın İtaliyadakı matçına gedə bilmədim. Amma əlbəttə ki, Bakıdakı oyunu mütləq stadiondan gedib izləyəcəyəm və əlbəttə ki, “Fiorentina”ya azarkeşlik edəcəyəm. Amma futbolda belə bir deyim var ki, ən güclü qalib gələcək” - deyə o vurğulayıb.

Xatırladaq ki, “Qarabağ” – “Fiorentina” matçı dekabrın 8-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30