28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Rahid Əmirquliyev: “Qəbələ”nin xal itirməsi bizim üçün yaxşıdır”

“Qəbələ”nin xal itirməyindən xəbərim yox idi. Ancaq bu, bizim üçün yaxşıdır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın üzvü Rahid Əirquliyev deyib.

Təcrübəli yarımmüdafiəçi bildirib ki, “Qəbələ”nin AZAL-la oyunda xal itirməsi onlar üçün də gözlənilməz olub: “Qəbələ”nin xal itirməsini gözləmirdim. Həm “Qəbələ”, həm də “Qarabağ” üçün hər oyun çətin keçir. Belə davam etsə, çempionatın adı son tura qədər məlum olmayacaq”.

Əmirquliyev çempionluq mübarizəsinin “Qarabağ” və “Qəbələ” arasında keçməsi ilə bağlı fikri qəbul etməyib: “İnter” bu mübarizədən silmək olmaz. Onlar çempionatına yaxşı start vermişdilər”.

Sonda “Qarabağ”ın yarımmüdafiəçisi millinin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı keçirəcəyi oyuna da toxunub: “Milli komandanın oyununa qədər tam hazır olacağıq. Çətin oyun olacaq, lakin yaxşı nəticə qazanmaq üçün şansımız var. Səfərdən ən azı 1 xalla qayıdacağımıza inanırıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31